“Sabah”ın futbolçusu Kahim Parris mövsümün sonunda komandadan ayrıla bilər.

Futbolinfo.az saytı xəbər verir ki, Yamayka millisinin üzvünün karyerasını İsraildə davam etdirmək ehtimalı var.

Hazırda icarə əsasında “Sabah”ın formasını geyinən 24 yaşlı vinger müqavilə ilə Kiyev “Dinamo”suna məxsusdur. Onu Təl-Əviv “Makkabi”si yayda heyətinə cəlb etmək niyyətindədir. İsraillilər hazırda bu variantı araşdırır. “Makkabi”nin məşqçilər korpusu hücumun cinahındakı boşluğu onunla doldurmağa çalışacaq.

Qeyd edək ki, “Sabah”la icarə müqaviləsi mövsümün sonuna qədər olan Kahim Parrisin “Dinamo” ilə sözləşməsi 2026-cı ilin yayına kimidir.

Shares: