Riqober Sonq Kamerun millisinin baş məşqçisi postunu tərk edib.

Futbolinfo.az xəbər verir ki, Kamerun Futbol Federasiyasının rəhbəri Samuel Eto onun istefaya göndərildiyini açıqlayıb.

Fil Dişi Sahilində keçirilən Afrika Millətlər Kubokunda kamerunlular 1/8 finalda Nigeriyaya 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdılar.

Eto məsələ haqda belə deyib: “Bunlar futbolun qanunudur. Məqsədlərimizə nail olmadıq. Vəziyyəti müzakirə etdik. Müqaviləni yeniləməmək qərarına gəldik, gələcək haqqında düşünməyə dəyər. Ona uğurlar arzulayıram”.

Shares: