Basketbol üzrə Avroliqa turnirində oyunlar yenidən bərpa edilib. Milli komandaların qarşılaşmalarına görə yaranan failədən sonra komandalar ilk görüşlərini keçirib.

27-ci turun ən gözlənilməz nəticələrindən biri Madriddə baş verib. Çempionatın lideri “Real” evdə “Panatinaikos”a məğlub olub – 86:97. Ergin Atamanın komandası bu qələbə sayəsində ilk dördlükdə yerini qoruyub.

Prinsipial qarşılaşmalardan biri Serbiyada baş tutub. “Partizan” doğma meydanda “Anadolu Efes”i məlubiyyətə uğradıb – 100:90. Bu uğursuzluq İstanbul klubunu pley-in zonasından bir qədər də uzaq salıb. Hazırda Türkiyə komandası 11 qələbəylə 15-ci pillədədir.

Autsayder “Alba” doğma arenada “Makkabi” tərəfindən darmadağın edilib – 71:106. Bu qələbə sayəsində İsrail klubu 9-cu pilləyə qalxıb. Gecənin son oyununda “Virtus” İtaliyada “Valensiyanı 87:74 hesabı ilə məğlub edib. Bolonya komandası hazırda turnir cədvəlinin 3-cü pilləsindədir.

Bu gün çempionatda daha 5 oyun keçiriləcək.

Shares: