MBA-da bu gecə 8 oyun keçirilib. “Qolden Steyt Vorriors” son 12-ci oyunda 10-cu qələbəsini qazanıb. Bu dəfə onlar Nyu-York səfərində zəfərə nail olublar – 110:99. Görüşün qəhrəmanı dabl-dabl edən Stiv Körri olub. Onun aktivində 31 xal var.
Gecənin ən maraqlı nəticələrindən biri “San Antonio Spörs” – “Oklahoma-Siti Tanders” görüşündə qeydə alınıb. Çempionatın autsayderi 132:118 hesabı ilə qalib gəlib. Meydan sahiblərini heyətində Vassel və Vembanyama hərəyə 28 xal toplayıblar. 3 xal qazanan Cedi Osman da qələbəyə töhfə verib.
“Hyuston Rokets” Finiks səfərində növbəti məğlubiyyəti ilə üzləşib – 105:110. Alperen Şengün üçün də oyun uğursuz alınıb. O, cəmi 8 xal toplayıb.
“Leykers” paytaxt komandasını overtaymda üstələyib – 134:131. Entoni Devisin aktivində 41 xal var.
“Miluoki Baks” Şarlott səfərindən qələbə ilə dönüb. Orlandoda isə “Mecik” Yutadan olan komandaya qalib gəlib.