“Kəpəz” uzun müddətdir davam edən çətinliyi aradan qaldırıb. Gəncəlilər yeni nəqliyyat vasitəsi alıb.

Kluba xidmət edəcək avtobus bu gün komandanın ixtiyarında olmalıdır. Güman ki, AFFA İcraiyyə Komitəsinin Gəncədəki iclasından öncə, futbol akademiyasının açılış mərasimindən sonra bu barədə məlumat veriləcək.

Əldə etdiyimiz bilgiyə görə, klubun alınmasında AFFA-nın yardımı olub. Futbol qurumu daha öncəki tədbirlərindən birində “Turan Tovuz”la bağlı da eyni addımı atmışdı.

Shares: