Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandaya yoldaşlıq görüşündə qalib gəlib.

Futbolinfo.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət heyət 3-cü oyunda ağ fiqurlarla rəqibini məğlub edib.

Dörd partiya bərabərliklə yekunlaşıb, Ülviyyə Fətəliyeva isə görüşü qələbə ilə başa vurub. 3-cü tur millimizin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaqlar. Yekunda ümumi xal toplanaraq yoldaşlıq görüşünün nəticəsi elan olunacaq.

Xatırladaq ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.

Shares: