Amerikanın Yuta ştatı Olimpiya Oyunlarını keçirmək üçün rəsmi olaraq ərizəsini təqdim edib. Bu barədə ştatın qubernatoru Cey Koks məlumat verib. Yuta 2034-cü il Qış Olimpiya Oyunlarını qəbul etmək istəyir.

Ərizə dünən axşam təqdim edilib. Bundan dərhal sonra qubernator öz sosial şəbəkə hesabında məlumatı yayıb.

Yuta ştatında olan Solt-Leyk Siti 2002-ci ildə də Qış Olimpiya Oyunlarına ev sahibliyi etmişdi.

Əlavə edək ki, bu il keçiriləcək Yay Olipmiya Oyunlarını Paris qəbul edəcək. Növbəti Qış Olimpiadası isə İtaliyada baş tutacaq.

Shares: