“Valverde” komandasını təmsil edən 18 yaşlı ispaniyalı velosipedçi Xuan Puxalte məşq zamanı uğradığı qəza nəticəsində dünyasını dəyişib. Faciə barədə Mursiya Velosiped İdmanı Federasiyasının mətbuat xidməti məlumat yayıb. Qəza zamanı o, çoxsaylı xəsarətlər alıb.
“Mursiya velosiped komandasının üzvü Xuan Puxalte Martinezin qəfil ölümünü böyük kədər və ağrı ilə elan etmək məcburiyyətindəyik. Velosiped ailəsi onun üçün çox darıxacaq”, – deyə təşkilatın açıqlamasında bildirilir.
“La comment de Murcia” nəşrinin məlumatına görə, Puxalte yolun kənarında oradan keçənlər tərəfindən tapılıb. Yolda uzanan velosipedçi həmin an sağ olub. Xuanı vuran avtomobil isə artıq hadisə yerində olmayıb. Hadisənin şahidləri dərhal təcili yardım çağırsalar da, gənc idmançı xəstəxanada vəfat edib.
18 yaşlı Xuan dalağından və böyrəklərindən xəsarət alıb, həmçinin o, daxili qanaxma və kəllə-beyin zədəsinə də məruz qalıb.