Tərtərdə Milli Qəhrəman Elman Hüseynovun xatirəsinə həsr olunan kikboksinq üzrə açıq rayon birinciliyi keçirilib. Xatirə turnirində 18 rayon və şəhərdən 100-dən çox idmançı mübarizə aparıb.

Müxtəlif çəki dərəcəsində olan idmançılar “lou-kik” stili üzrə yarışıblar. Yarışlar “Dəmir Yumruq” İdman Klubu tərəfindən təyin olunmuş hakimlər kollegiyası tərəfindən idarə olunub.

Sonda qalib idmançılar müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıb.

BƏHRUZ MUSAYEV, TƏRTƏR

Shares: