Fernando Alonso dünən Bəhreyndə baş tutan iki sərbəst yürüşə münasibətini bildirib. İspaniyalı pilot bolidin sürətindən razı qalmayıb.

“Sazlanmalarda edilən dəyişikləri bəyəndim. Onların faydası var. Lakin dayanmaq olmaz. Fikrimcə, keçən il burada mövqeyimiz daha yaxşı idi. Lakin nə olacağını heç kim söyləyə bilməz. Bir qədər səbirli olmalıyıq.

İkinci sərbəst yürüşlər daha yaxşı keçdi. Maşın haqqında informasiya toplaya bildik. Nəticədən məmnun qalmaq olar. Əsas təsnifatdır. Onu gözləməliyik”, – deyə ikiqat dünya çempionu qeyd edib.

Xatırladaq ki, Saxir trassında baş tutan birinci sessiyada Alonso 5-ci, ikincisində isə 3-cü nəticə göstərib.

Shares: