Madrid “Real”ının bəzi futbolçuları baş məşqçidən narazıdır. Əsas narazılıq isə Karlo Ançelottinin öz fikirlərini izah etməməsindədir.
Xüsusilə də heyətə düşə bilməyən futbolçular izahat tələb edirlər. Onlar arasında Luka Modriç , Naço Fernandes, Arda Gülər və Kepa Arrisabalaqa var.
Modriç müqaviləni artırarkən daha çox oynaya biləcəyi ilə bağlı təminat almışdı. Lakin bu mövsüm xorvat futbolçu vaxtının daha çoxunu ehtiyatda keçirir. Ançelotti ona məşqçilər korpusuna daxil olmağı təklif etsə də, Luka bunu qəbul etməyəcək. Yarımmüdafiəçi karyerasını bitirmək fikrində deyil.
Naço Fernandes komandadakı mərkəz müdafiəçiləri arasında oynama dəqiqəsinə görə ikincidir. Lakin bu göstərci digərlərinin zədələnməsinə görə baş verib. İspaniya mətbuatının məlumatına əsasən, Naço daha yaxşı diqqətə layiqdir.
Arda Gülər yarım il müalicə olunduqdan sonra sağalıb. Lakin baş məşqçi onu meydana buraxmır. Bəzi oyunlarda buna imkan olsa da, Ançelotti türk futbolçuya şans verməyib.
Eyni narazılıq Kepa tərəfindən də var. Qapıçı əsas heyətdə yerini itirib. Hazırda daha çox Andrey Lunin oynayır.