Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 23-cü turundan təxirə salınmış bir oyunla bağlı aşağıdakı qərar qəbul edilib:

“Qəbələ” – “Qarabağ” oyununun 53-cü dəqiqəsində “Qəbələ” klubunun 6 nömrəli futbolçusu Feras Abu Akal ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Qəbələ” klubu 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Shares: