AFFA-da Rövnəq Abdullayev dönəmi bitir. O, bu ay baş tutacaq növbəti seçkilərdə namizəd olmayacaq.
Futbolinfo.az xəbər verir ki, Abdullayev bu gün Gəncədə akademiyanın açılışında bu barədə danışıb. 2008-ci ildən AFFA prezidenti olan Rövnəq bəy qarşıdakı Hesabat-Seçki Konfransında namizədliyini irəli sürməyəcəyini bildirib.
Xatırladaq ki, hazırda Gəncədə açılış mərasimi keçirilir. Bir azdan İcraiyyə Komitəsinn iclası keçiriləcək və növbəti seçkinin vaxtı müəyyənləşəcək.