Markus Reşford çox tənqid olunmasından narazıdır. “Mançester Yunayted”in oyunçusu ona yönələn təzyiqlərə layiq olmadığını düşünür.

Futbolinfo.az xəbər verir ki, hücumçu bu haqda İngiltərə mətbuatına danışıb: “Mükəmməl insan deyiləm. Amma səhv edəndə əlimi qaldırıb bunu boynuma alan ilk insan mən olacağam. Amma əgər mənim klubuma bağlılığımı sorğulamağa başlasalar, o zaman daha geniş danışmağım lazım gələcək”.

Reşford mətbuata çox diqqət yetirmədiyini bildirib: “Yazılanların məqsədini bilirəm. Əslində, mənim haqqımda yox, bir xarakter haqqında yazırlar. 26 yaşlı dəliqanlı tapıblar və onu istədikləri kimi görməyə cəhd edirlər. Maşınımın qiyməti, həftəlik maaşım, zinət əşyalarım, döymələrim – hamı bununla maraqlanır. Əxlaqımı, ailəmi sorğulayır, şayiə yayırlar”.

Shares: