Çexiya Tennis Federasiyasında ciddi qalmaqal baş verib. Qurumun 5 üzvü subsidiyalarla bağlı məsələdə günahkar bilinir. Onlar dələduzluqda günahlandırılırlar.
Siyahıda federasiyanın rəhbəri İva Kaderka, maliyyə direktoru Xana Bayerova, “Orel Jednata Oraha-Balkan” adlı idman yarışları təşkilatının prezidenti Voytex Fleql də var. Onlar 10 il azadlıqdan məhrum edilə bilərlər.
Polisdə olan məlumatlara əsasən, tennisin inkişafı üçün dövlət tərəfindən federasiyaya ayrılan vəsait “Orel Jednata Oraha-Balkan”ın hesabına köçürülüb. 2021 və 2022-ci illər ərzində bu yolla 3,3 milyon dollar pul silinib. Bu isə ümumi vəsaitin 34%-i deməkdir.