Bu həftə Yaxın Şərq avtoidmanın mərkəzinə çevrilib. Bəhreyndə və Qətərdə iki çempionata start verilir. Bir başqa növdə mərhələ yarışı isə BƏƏ-də baş tutacaq. FİA yarışların bu cür üst-üstə düşməsinin tərəfdarı deyil.
“Bu, FİA-nın problemi deyil. Bizim variantımız yoxdur. Hər bir zaman ən doğru qərarı tapmağa çalışırıq. Lakin bəzən bunu etmək mümkün olmur.
Yaxşı ki, çempionatlarımızın sayı kifayət qədərdir. Çalışıram ki, onların əksəriyyətində şəxsən iştirak edim. Amma Əbu-Dabidə keçirilən ralli-reyd üzrə çempionatın ikinci mərhələsinə baş çəkə bilməyəcəyəm.
O ki, qaldı hər kəsi maraqlandıran 11-ci komanda sualına, bildirmək istəyirəm ki, FİA-nın fikri dəyişməz olaraq qalır. Beynəlxalq Avtomobil Federasiyası Formula 1-də yarışların sayının artırılmasındansa, yeni komandaların gəlişinin tərəfdarıdır”, – deyə FİA-nın prezidenti Ben Sulayem qeyd edib.