Bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

  1. 1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;
  2. 2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
  • İsmayıl Əliyev
  • Esmiralda Ələkbərova (həkim)
  • Gəray Qarayev
  • İqor Ponomaryov
  • Vaqif Sadıqov
  • Maşallah Əhmədov
  • Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.
  • İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib.
Shares: