“Fikrimcə, “Qarabağ”a qarşı yaxşı oyun oynadıq”. Bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Lukas Afriko deyib.
O, Misli Premeyr Liqasının 23-cü turundan təxirə salınmış matçda “Qarabağ”a 0:4 hesabı ilə uduzmalarından danışıb: “Birinci hissədə çox yaxşı idik. İkinci yarıda isə azlıqda qalmağımız öz təsirini göstərdi. Amma yenə də düşünürəm ki, nəticə oyuna görə olmadı. Bu cür uduzmağa layiq deyildik”.
Afriko yeni baş məşqçi Kaxaber Sxadadzedən də danışıb: “Hələ ki, onunla bağlı tam informasiyaya sahib deyilik. Yeni gəlib və bizə öz ideyalarını, öz oyun planını aşılamağa çalışır. Fikrimcə, komandamız üçün yaxşı olacaq. Onun elə ideyaları var ki, mən Avropada, Portuqaliyada oynayanda onları görmüşdüm. Bu, bizim üçün yaxşı haldır”.