İki gün sonra MBA-da “Los-Anceles  Leykers” doğma arenada “Denver Naggets”i qəbul edəcək. Sıradan bir oyun olmasına baxmayaraq, qarşılaşma hamı tərəfindən çox gözlənilir. Bunun da səbəbkarı Lebron Ceymsdir.

Məşhur basketbolçu liqa tarixində bir ilkə imza ata bilər. O, MBA tarixində 40 min xal toplayan ilk oyunçu olmalıdır.

Hazırda basketbolçunun aktivində 39 991 xal var. Bu göstəriciyə görə o, MBA-da birinci pillədədir. Karyerasını bitirən əfsanəvi Kərim-Abdul Cabbar 38 387 xal toplamışdı. İlk üçlüyün son pilləsində karyerasını sonlandırmış digər bir əfsanə Karl Meloun qərarlaşıb (36 938).

Qeyd edək ki, Los-Ancelesdəki oyun Bakı vaxtı ilə səhər 5:30-da start götürəcək.

Shares: