Bəhreyndə Formula 1 üzrə mövsümün ilk mərhələsində 3-cü sərbəst yürüşlər də başa çatıb. Bu dəfə ən yaxşı nəticənim ispan pilot Karlos Sayns göstərib. O, dövrəni 1 dəqiqə 30,824 saniyəyə qət edib. İkinci nəticə də ispan pilota qismət olub. “Aston Martin”dən Fernando Alonso həmyerlisinə 0,1 saniyə uduzub. 3-cü isə keçən ilin çempionu Maks Ferstappen olub.

Ümumiyyətlə ilk 5 yerdə qərarlaşan pilotların nəticələrini sıxlığı diqqət çəkib. Sessiyanın ikinci hissəsində yarışı məşq edən pilotlar günəşin batmasından əmələ gələn problemlə üzləşiblər. Bu da nəticəyə müəyyən qədər təsir edib.

Xatırladaq ki, mövsümün ilk təsnifat mərhələsi bu gün baş tutacaq. Sabah isə Bəhreyndə ilin ilk yarışı keçiriləcək.

Shares: