İngiltərəli futbolçu Cud Bellingemin zədəsi tam sağalıb.
Madrid “Real”ının futboçusu Valensiyada keçiriləcək oyunda meydana çıxacaq. “Valensiya” ilə qarşılaşma sabah olacaq.
“O, 100 % hazırdır. Fərdi qaydada çox gözəl hazırlaşıb. Qarşıdakı oyunda meydanda olacaq.
Komandayla birlikdə az məşq etsə də, forması yüksək səviyyədədir. Pəncəsində heç bir ağrı qalmayıb”, – deyə madridlilərin baş məşqçisi Karlo Ançelotti bildirib.
Xatırladaq ki, yarımmüdafiəçi fevralın 10-da “Jirona” ilə oyunda zədələnmişdi.