Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” Azərbaycan təmsilçisi ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Xabi Alonso 31 futbolçunun xidmətindən yararlanacaq.

Qapıçılar: Lukas Hradeçki, Matey Kovar, Niklas Lomb, Yesper Şliş, Luka Novodomski;

Müdafiəçilər: Yosip Stanişiç, Pyero İnkapye, Conatan Ta, Odilon Kossunu, Edmond Tapsoba, Artur, Alexandro Qrimaldo, Ceremi Frimponq, Daniel Lanq;

Yarımmüdafiəçilər: Yonas Hofmann, Roberd Andrix, Florian Virts, Esekiel Palasios, Qustavo Puerta, Qranit Caka, Fransis Onyeka, Enes Yılmaz, Ayman Aurir;

Hücumçular: Borxa İqlesias, Patrik Şik, Natan Tella, Amin Adli, Viktor Bonifase, Adam Hlojek, Ken İzekor, Noa Peş.

“Qarabağ” “Bayer”lə martın 7-də Bakıda, 14-də isə Leverkuzendə qarşılaşacaq.

Shares: