Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniya təmsilçisi “Bayer”lə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Futbolinfo.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov 24 futbolçunun adını iştirak ərizəsinə daxil edib.
Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov;
Müdafiəçilər: Mateus Silva, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev;
Yarımmüdafiəçilər: Julio Romao, Yassin Benzya, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Redon Cica, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade;
Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Nəriman Axundzadə;
“Qarabağ” “Bayer”lə martın 7-də Bakıda, 14-də isə Leverkuzendə qarşılaşacaq.