“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun “A” qrupunda iki oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, günün ilk oyunu “Neftçi” və “Sumqayıt” komandaları arasında baş tutub.
Favorit “Neftçi” rəqib üzərində 87:76 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular “Neftçi”də Alfonso Stüart (21 xal, 8 ribaund), “Sumqayıt”da Roderik Smit (21 xal, 9 ribaund) olublar.
Günün ikinci oyununda çempionatın lideri “Xəzri” “Cəlilabad”la qarşılaşıb. Paytaxt klubu bu oyunda çətinlik çəkmədən 86:69 hesablı qələbə qazanıb. Bu kubokda “Xəzri”nin ardıcıl ikinci qələbəsi olub. Ən məhsuldar basketbolçular “Xəzri”də Cordan Perkins (20 xal, 9 ribaund), “Cəlilabad”da Zaur Paşayev (21 xal, 6 asist) olub.