Kriştianu Ronaldonun uşaqlarının anası Corcinya Rodriges Parisdə təşkil edilən moda həftəsində iştirak edib. O, tədbirə qeyri-adi paltarda qatılıb.

Xanımın əynindəki paltar Ronaldonun nömrəsi və adı qeyd edilən “Mançester Yunayted” formasını xatırladıb. Paltarın üzərində Kriştianunun avtoqrafı da olub.

Xatırladaq ki, Ronaldo “Əl Nəsr”ə keçməzdən əvvəl “Mançester Yunayted”in heyətində çıxış edib.

Shares: