FİFA-nın prezidenti Canni İnfantino mavi vərəqənin qurum tərəfindən yaxşı qarşılanmadığını bildirib.

“FİFA qəti şəkildə mavi vərəqənin əleyhinədir. Bu, olmayacaq”, – deyə İnfantino “The Guardian”a müsahibəsində qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl futbolda mavi vərəqənin tətbiq ediləcəyi ilə bağlı informasiya yayılıb. Bu vərəqə hakimə etiraz edən və bilərəkdən qaydanı pozan futboçulara göstərilməlidir. Vərəqə ilə cəzalandırılan futbolçu 10 dəqiqə meydandan kənarda qalmalıdır.

Qeyd edək ki, İnfantino 2016-cı ildən FİFA-nın prezidentidir. 2019-cu ildə 2-ci, 2023-cü ildə isə o, 3-cü dəfə qurumun rəhbəri seçilib.

Shares: