Bu gün futzal üzrə Yüksək Liqada 15-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk matçda “Record”la “Baku Fire” arasında keçirilməli idi.
Amma “Record” təyin olunan vaxtda meydana çıxmadığına görə, oyun baş tutmayıb. Bu görüşün nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək. İkinci oyunu “millilərin dueli” kimi də xarakterizə etmək olar. Belə ki, U-19 A millinin bazası hesab edilən lider “Araz-Naxçıvan”la üz-üzə gəlib. Fasiləyə qədər 5 cavabsız qol vuran Vitali Borisovun drujinası üstünlüyünü ikinci hissədə də davam etdirib və yekunda böyükhesablı qələbə qazanıb. Son matçda “Yasamal Bakı” rəqibinə müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib.
Record club – Baku Fire
U-19 – Araz-Naxçıvan 0:9
Qollar: Xəzər Ağalızadə, 8:31, Miloş Todoriç, 11:25, 34:56, Lukas Romao, 11:40, Məhəmməd Abbasov, 15:04, Andre Junior, 17:51, 35:26, Emil Həsənzadə, 37:20, 39:15.
Yasamal Bakı – Neftçi İK 4:12
Qollar: Rüstəm Bağırov, 11:29, 30:44, Şoruş Heydari, 18:49-öz qapısına. Murad Ələkbərli, 19:11 – Mirzə Əmirov, 2:06, 8:51, 29:40, 36:54, Reza Abgoun, 9:52, 17:49, 33:25, Fərid Atakişiyev, 12:14, Ülvi Əliyev, 14:58, 38:23, 38:35, Vahib Xocayev, 31:52.