Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun baş tutub.
Futbolinfo.az xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində “Murov” və “Azərreyl” üz-üzə gəliblər.
Gərgin keçən qarşılaşmada tərəflər hərəyə iki set qazandığından tay-brekə ehtiyac yaranıb. Həlledici hissədə “Azərreyl” daha dəqiq oynayıb və meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.
Beləliklə, “Azərreyl” 32 xalla (11 qələbə) turnir cədvəlində liderlik edir. “Murov”un 25 xalı (9 qələbə), “Neftçi”nin 22 (7 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
“Murov” – “Azərreyl” 2:3 (25:22, 27:25, 21:25, 23:25, 9:15)