Almaniyanın “Bayer” komandasının baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, ispan mütəxəssis 2:2 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:

“Gərgin və çətin qarşılaşma oldu. İlk hissədəki nəticə yaxşı deyildi. Cavab matçında səhvləri təkrarlamamağa çalışacağıq. Amma sabahdan Bundesliqanı düşünəcəyik”.

Alonso “Qarabağ”ın güclü kollektiv olduğunu söyləyib: “Növbəti həftə nə olacağını bilmirik. 90 dəqiqəni nəzərə alsaq, rəqibə nisbətən bizim bəxtimiz gətirdi”.

O, “köhlən atlar”ın Avropada təcrübəyə malik olduğunu vurğulayıb: “Azərbaycan futbolu deyəndə ağlıma “Qarabağ” gəlir. Onlar uzun müddət avrokuboklarda çıxış edirlər. Çempionlar Liqasında “Atletiko” ilə matçlarını izləmişdim. Bu komandada baş məşqçi işi görünür”.

Shares: