“Qəbələ” klubu israilli futbolçu Gilad Abramov ilə yollarını ayırıb.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-cü ilin iyulundan “Qəbələ”də çıxış edən legioner qırmızı-qara formada 23 matç keçirib.
Abramov Premyer Liqada 19, Azərbaycan kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.