Bu gün Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov qadınlardan ibarət yığma komandanın düşərgəsinə baş çəkib və onları 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Futbolinfo.az xəbər verir ki, qızların hər birinə gül və hədiyyə təqdim edən Umudov onlara xoşbəxtlik, bol sevinc və uğurlar, idmanda və şəxsi həyatlarında çoxlu qələbələr arzulayıb.

Shares: