Türkiyənin Super Liqa təmsilçilərindən olan “Konyaspor” 32 yaşlı futbolçusu Gökhan Töre ilə vidalaşıb.
Futbolinfo.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Xəbərə görə, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ötən ilin sentyabrından “Konyaspor”da çıxış edən Gökhan bu komandanın forması ilə cəmi 3 oyun keçirib.