AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Gəncəyə səfər edib.

Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis “Kəpəz”in məşqçi və futbolçu heyəti ilə görüşüb.

Komitə rəhbəri klubun akademiyasında oyun qaydaları ilə bağlı seminar keçib. Hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verib. Müxtəlif matçlardan seçilmiş ayrı-ayrı epizodlar müzakirə edilib. Penalti vəziyyətlərdən və qayda pozuntularına görə göstərilən vərəqələrdən bəhs olunub.

Shares: