Basketbol üzrə Avroliqa turnirində 28-ci tur 3 oyunla başa çatıb. Milanda keçirilən görüş daha gərgin alınıb. Pley-in zonasına düşmək uğrunda mübarizə aparan “Olimpiya” və “Partizan” komandalarının oyunu italyanların qələbəsi ilə başa çatıb. 85:83. Milan komandasının heyətində Şilds və Mirotiç hərəyə 19 xal toplayıblar. Serblərin ən məhsuldar basketbolçusu 19 xal toplayan Avramoviç olub.

Yunanıstandakı oyunda sensasiya baş verməyib. Gözlənildiyi kimi, “Panatinaikos” doğma arenada autsayder “Asvel”i darmadağın edib. 85:67. Ən çox xal toplayan basketbolçu yunanların müdafiəçisi Qrant olub. Onun aktivində 21 xal var. Qonaqların heyətində Nando De Kolo 15 xal yığıb.

Digər yunan təmsilçisi “Olimpiakos” vacib oyunda “Virtus Bolonya”ya qalib gəlib. 74:69. Bu qələbə sayəsində Pirey komandası italyanları turnir cədvəlində ötüb.

Digər autsayder “Alba” da səfərdə məğlubiyyətə düçar olub. “Baskoniya” doğma arenada keçirdiyi görüşdə almanlara şans verməyib. 88:71.

Shares: