Səudiyyə Ərəbsitanında peşəkar boks gecəsi baş tutub. Gecənin əsas döyüşü ən ağır çəkidə ikiqat dünya çempionu Entoni Coşua ilə UFC-nin qalibi Frensis Nqannu arasında olub. Böyük Britaniyadan olan Entoni Coşua ikinci raundda rəqibini nokauta salıb. Kamerunlu döyüşçü uzun müddət ayağa qalxa bilməyib. Həkimlərin yardımı nəticəsində Nqannu özünə gələ bilib.

34 yaşlı boksçunun karyerasında bu qələbə 28-ci olub. O, yalnız 3 döyüşdə məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, 37 yaşlı Nqannu ikinci dəfədir ki, peşəkar boks döyüşünə çıxır. Onların hər ikisində kamerunlu məğlub olub. Onun ilk döyüşü keçən ilin oktyabrında Tayson Fyuriyə qarşı olmuşdu.

Shares: