“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 3:3 hesablı heç-heçəni belə şərh edib:

“Çətin oyun alındı. 3 dəfə hesabda geri düşdük və geridönüş etməyə çalışdıq. Futbolçularıma təşəkkür edirəm. Deyərdim ki, yaxşı oynadıq. İlk hissədə oyuna nəzarət bizdə idi. İkinci hissə başlayanda yenə qol buraxdıq. Rəqib çox yaxşı qol vurdu. Yaxşı ki, məğlub olmadıq. Komandam sona kimi xarakter göstərdi. Bilmirəm hansı epizoda qırmızı vərəqə verirlər. Az qalmışdı ki, Eminin ayağını qırsınlar. “Qarabağ”la oyunda da eyni hal baş vermişdi. Sonra bizi Tovuzda oynamağa məcbur etdilər. 14 gün ərzində Tovuza 2 dəfə səfər etmişik. Məndə olan məlumata görə, “Kəpəz” bundan sonra Sumqayıtda oynayacaq. Yalnız bizi Tovuzda oynamağa məcbur edirlər. Bu, düzgün deyil, qaydalara ziddir. Bir komanda mövsüm ərzində 3-4 fərqli stadionda oynayır.

Deməzdim ki, “Kəpəz” autsayderdir. Bütün komandalar eyni gücdədir. Heç kim asan qələbə qazana bilmir. Tunrir cədvəlində xal baxımından sıxlıqdır. “Kəpəz” də inkişaf edir. Biz bu gün onlardan daha yaxşı idik.

Emin Mahmudov çox ciddi zədə alıb. Həkimlər müayinə edəndən sonra dəqiq durumunu biləcəyik. Başa düşə bilmirəm ki, hansı epizoda qırmızı vərəqə verirlər”.

Shares: