“Mersedes” komandasının rəhbəri Toto Volf Maks Ferstappenin 2025-ci ildə komandaya gəlməsində maraqlıdır.
“Ferstappenin bizdə olmasını çox istəyirəm. Lakin əvvəlcə maşınımızın məsələsini həll etməliyik. Öz pilotlarımız – Corc və Lyuis üçün normal bolid yaratmalıyıq. Sonra hansısa arzularımızın gerçəkləşməsini fikirləşməliyik”, – deyə Toto Volf qeyd edib.
Xatırladaq ki, gələn il Lyuis Həmilton “Mersedes”i tərk edərək “Ferrari”yə keçəcək. Boş qalan yerə namizədlərin sayı kifayət qədərdir. Hələlik , Almaniya komandası heç bir pilotla müqavilə imzalamayıb.