“Qarabağ”ın futbolçusu Yassin Benzia yenidən Türkiyədə çıxış edə bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Fransalı yarımmüdafiəçinin xüsusən Avropa Liqasındakı çıxışının Super Liqa təmsilçilərinin diqqətini çəkib.

Komandaların adları çəkilməsə də, bir neçə elita təmsilçisinin mövsümün sonunda Benzia ilə güclənmək niyyətində olduğu vurğulanıb. 30 yaşlı pleymeykerin “Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayına qədər davam etdiyindən, onu almaq istəyən klub ilk növbədə Azərbaycan çempionunu razı salmalıdır.

Qeyd edək ki, Yassin Benzia daha əvvəl Türkiyədə “Fənərbağça” və “Hatayspor”un formasını geyinib.

Shares: