Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun səhhətində problem yaranıb.

Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Regionliqa komandası “Dinamo”nun formasını geyinən 32 yaşlı hücumçunun hərarəti olub. Bu üzdən o, 25-ci turda “Lokomotive” ilə qarşılaşmanı buraxıb.

Komandasının 4:0 hesabı ilə qalib gəldiyi görüşdə iştirak etməyən Dadaşovun növbəti turda da iştirakı sual altındadır. Baş məşqçi Dirk Kunert böyükhesablı qələbə qazanmalarına baxmayaraq, Rüfətin yoxluğunu hiss etdiklərini söyləyib: “Çünki Dadaşovun meydanda öz rolu var və komandaya çox fayda verir. Ümid edirəm ki, qarşıdakı oyuna hazır ola biləcək”.

Qeyd edək ki, “Dinamo” növbəti oyununu martın 16-da “Çemnitzer”ə qarşı keçirəcək. Bu mövsüm aktivində 14 qol olan Rüfət Dadaşov bombardirlər yarışında ikinci pillədə qərarlaşır.

Shares: