Mbappelər PSJ-dən ayrılır. İyunun əvvəlində “Real”a keçidinin dəqiqləşəcəyi gözlənilən Kilian kimi, qardaşı da Parisi tərk edir.

Futbolinfo.az Fransa mətbuatına istinadla xəbər verir ki, klubun Mbappe ailəsi ilə münasibətləri pisləşib. Kilianla ortaq məxrəcə gələ bilməyən rəhbərlik, Ethana da laqeyddir. Bu isə kiçik qardaşın da getmək istəməsinə səbəb olub.

Klub Mbappe qardaşlarının anası Fayza Lamaridən narazıdır. O, klubu Kilianın imicinə xələl gətirməkdə suçlamışdı. Məhz bundan sonra Ethan da münasibətlərin soyuduğunu hiss edib. Tərəflər yeni müqaviləyə çox yaxın olduqları bir zamanda indi vəziyyət dəyişib.

Yayda PSJ-ni azad agent kimi tərk edəcək Kiliandan fərqli olaraq qardaşı satılacaq. Düzdür, 17 yaşlı yarımmüdafiəçinin  müqaviləsi də qarşıdakı yay başa çatır, amma klub ona görə yetişdirmə haqqı əldə edəcək. Ethanla bir neçə klub maraqlanır, hətta “Real”ın Kamerun əsilli qardaşları heyətinə birlikdə qatmaq istədiyi deyilir.

Shares: