Türkiyənin “Fatih Karagümrük” komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisinin baş məşqçisi Şota Arveladze uğursuz nəticələrlə əlaqədar istefa verib.

51 yaşlı məşqçini 55 yaşlı yerli mütəxəssis Tolunay Kafkas əvəz edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Fatih Karagümrük” bu mövsüm Super Liqada 29 xalla 17-ci pillədə qərarlaşıb.

Shares: