Macarıstan kubokunu qazanan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimova bu uğuru ilə bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Hər il olduğu kimi, bu il də məqsədimiz həm kuboku, həm də çempionatı qazanmaqdır. Çox şükür ilk titulu qazandıq, kuboka sahib çıxdıq. Finalda rəqibimiz “Bekescsaba” klubu idi. Ciddi müqavimətlə qarşılaşsaq da, üstünlüyü əldən vermədik və qalib gəldik. Bu, mənim “Vasas”la ardıcıl üçüncü, ümumilikdə isə dördüncü kubokumdur. Bu nəticəyə görə çox şadam. Qarşıda bizi çempionatın yarımfinal oyunları gözləyir. Çalışacağıq ki, orada da ən yüksək səviyyədə oynayıb finala çıxaq, ardınca isə çempion olaq”.