Macarıstan kubokunda ikinci yeri tutan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Marqarita Stepanenko bununla bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Biz kubokda ikinci yeri tutduq. Çox istərdik ki, çempion olaq, lakin alınmadı. Hazırda çempionatda pley-off mərhələsində mübarizə aparırıq. Yarımfinala vəsiqə qazanmışıq. Burada 3 qələbə qazanmaq lazımdır. Bu mərhələdə rəqibimiz kubokda üçüncü yeri tutan KNRC klubudur. Çalışacağıq ki, qalib gəlib finala keçək və qızıl medalları qazanaq”.

Shares: