“Qarabağ”ın hücumçusu Juninyo daha bir klubun maraq dairəsinə düşüb.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı forvard uğrunda mübarizəyə “Beşiktaş” da qoşulub.

“Ağ-qaralar”ın idman direktoru Samet Aybaba hətta ondan ötrü Almaniyaya səfər edəcək. Təcrübəli mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə “Qarabağ” arasında keçiriləcək cavab qarşılaşmasını tribunadan izləyəcək. O, “Bayer”dən də bir neçə oyunçunu “qaralayıb”.

Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu martın 14-də keçiriləcək.

Shares: