Avstraliyada ilk böyük titulunu qazanan italyan tennisçi Yannik Sinner komanda idman növləri ilə niyə məşğul olmadığına aydınlıq gətirib.

“Əvvəllər 3 idman növü ilə məşğul olurdum. Xizəkdə sürüşürdüm, futbol və tennis oynayırdım. Tədricən xizəkdə uğurlarım artdı. Tennisdə elə də güclü deyildim, lakin istedadımın olduğunu hiss edirdim. Çünki daha çox məşq edən insanlarla oyunlarda qalib gələ bilirdim. İl ərzində tennislə cəmi 3-4 ay məşğul olurdum. Onlar isə bütün ilboyu kortda olurdular.

Bir qədər keçdikdən sonra futbolla vidalaşdım. Komanda idman növü mənlik deyil. Fərdi növlərdə uduzanda nəsə etmək mümkündür, futbolda isə komandadan asılısan. Bu, seçim etməyimdə həlledici amil oldu”, – deyə dünya tennis reytinqinin 3 nömrəsi qeyd edib.

Shares: