“Neftçi”nin kapitanı Emin Mahmudovun durumuna aydınlıq gəlməyib. Son turun “Kəpəz”lə oyununda zədə alan yarımmüdafiəçi haqda dəqiq məlumat sabah veriləcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidmətindən məlumat verilib. Bu gün müayinə olunan Eminin durumu ilə bağlı həkimlərdən cavab gözlənilir. Hələ də axsayan oyunçu məşqlərə qatılmır.
Mahmudov gəncəlilərin belaruslu mərkəz müdafiəçisi Yeqor Xvalkonun kobud oyunundan sonra zədələnib. Kapitan oyunda son qolun vurulduğu (3:3) penaltini qazanmış, amma matçı davam etdirə bilməyərək əvəzlənmişdi.