Polşanın “Varta” klubunun baş məşqçisi David Şulçzek ölkə çempionatının 24-cü turunda LKS ilə keçirəcəkləri oyun ərəfəsində rəqibin azərbaycanlı futbolçusu Rahil Məmmədovu tərifləyib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis Lodz təmsilçisinin heyətində bir neçə oyunçunu fərqləndirib.

O, Rahil Məmmədovu LKS-in ən güclü futbolçularından biri adlandırıb: “LKS qış fasiləsindən sonra daha yaxşı oynayır. Buna transferlər təsir edir. Rahil Məmmədov, Hüseyn Baliç kimi futbolçular mövsümün əvvəlindən Lodz klubunda çıxış etsəydilər, yəqin ki, xalların sayı 13-dən çox olardı”.

Bu gün keçiriləcək “Varta” – LKS matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Hazırda LKS 13 xalla turnir cədvəlinin son pilləsində qərarlaşır.

Shares: