“Qarabağ”ın hücumçusu Olavio Juninyonun Türkiyənin “Beşiktaş” klubunun maraq dairəsində olduğu barədə xəbər vermişdik.

Qardaş ölkə mətbuatının yazdığına görə, İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba hətta futbolçunu izləmək üçün Almaniyaya gedəcək. O, “Qarabağ”ın “Bayer”ə (Leverkuzen) qarşı Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşünə baxacaq.

Lakin futbolinfo.az-a açıqlamasında “Beşiktaş”ın mətbuat xidmətinin rəhbəri Cihangir Gökdoğan məlumatı təkzib edib: “Yox, belə bir şey yoxdur və Samet Aybaba Almaniyaya getməyəcək”.

Shares: