“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi “Bayer” öz rekordunu təkrarlayıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda Bundesliqanın 25-ci turunda “Volfsburq”u 2:0 hesabı ilə məğlub edərək bunu reallaşdırıb.

Xabi Alonsonun kollektivi cari mövsüm ölkə çempionatında qələbə sayını 21-ə yüksəldərək, 2001/2002 mövsümündəki göstəricisinə çatıb. Leverkuzenlilər daha bir qələbə təqdirində yeni klub rekorduna imza atacaqlar.

Martın 14-də doğma meydanda “Qarabağ”la qarşılaşacaq “Bayer” Bundesliqada növbəti oyununu ayın 17-də “Frayburq”a qarşı keçirəcək.

Shares: