“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi “Bayer”in mövsümün sonunda yollarını ayıracağı bir futbolçu dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, müdafiəçi Yosip Stanişiç yayda Leverkuzen təmsilçisi ilə vidalaşacaq.
Mövsümün əvvəlində icarəyə götürülən Xorvatiya millisinin üzvü müqavilə ilə məxsus olduğu “Bayern”ə qayıdacaq. Klublar arasında mövcud icarə sözləşməsində 23 yaşlı futbolçunun birdəfəlik transferi nəzərdə tutulmayıb. Eyni zamanda icarə müddəti də uzadıla bilməz. “Bayern” Stanişiçdən gələn mövsüm istifadə etməkdə maraqlıdır.
Qeyd edək ki, “Bayern” yetirməsi olan Stanişiç 2021-ci ildən əsas komandanın üzvüdür.